A

UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Ulu Öndər tələbələrin sözü ilə” adlı şeir müsabiqəsi keçirilib.

UNEC Yaradıcılıq Mərkəzinin təşkil etdiyi müsabiqədə Bədii-qiraət dərnəyinin üzvü olan tələbələr Rəvan Əliyev, Nihad İsgəndərli, Turan Mirzəyev, Nicat Əliyev, Ramazan Eyvazov müəllifi olduğu şeirləri səsləndiriblər.

Tanınmış aktrisa, qiraətçi Ruhiyyə Yusifova və Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərovun qiymətləndirməsinə əsasən, müsabiqənin qalibi Rəvan Əliyev olub.

TOP XƏBƏRLƏR