A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbə Həmkarlar İttifaqının  Komitəsinin  və UNEC Yaradıcılıq Mərkəzinin təşkilatçılığı, UNEC Tələbə Təşkilatlarının (RKT,TGT,İVT,İGT), UNEC Karyera Mərkəzinin, UNEC Dizayn Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə  universitetin xanım əməkdaşları və tələbələri üçün "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Azərbaycan Qadınlarının Gücü-3" adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Milli konservatoriyasının xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Millət vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin Sədri Hicran Hüseynova, Millət Vəkili, Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və Sosial Siyasət Komissiyasının üzvü Nigar Məmmədova, Azərbaycan Milli konservatoriyasının elmi işlər üzrə prorektoru, Musiqişünas-pedaqoq, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova, UNEC-in Tələbələrlə iş üzrə prorektoru dosent Səadət Qəndilova, universitetin xanım tələbələri və əməkdaşları, sahibkar xanımlar, UNEC-in uğurlu məzunlarından olan Express Bankın Maliyyə Əməliyyatları Monitorinq şöbəsinin müdiri Aysel Xəlilova, Express Bankın İstehlakçı Hüquqlarının Müdafiəsi şöbəsinin rəhbəri Alvina Əliyeva tədbirdə iştirak ediblər.

Tədbirdə "Azərbaycan Qadınlarının Gücü" adlı müsabiqənin qaliblərinə UNEC rektoru professor Ədalət Muradov adından Diplom, Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub. Eyni zamanda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Rəsm Müsabasiqəsinin qalibi UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Cavziyeva Mehriban Mübariz qızı, UNEC Yaradıcılıq Mərkəzinin üzvləri və tədbirdə dəstək göstərən könüllülər Təşəkkürnamə ilə təltif olunublar.

Tədbirin bədii hissəsi Azərbaycan Milli Konservatoriyanın tələbələrinin və UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin rəqs və ifaları ilə davam edib.

TOP XƏBƏRLƏR