A

17 noyabr Dirçəliş Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinin tələbələri Arxeologiya və Etnoqrafiya muzeyində olublar.

UNEC-in “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərovun rəhbərliyi ilə təşkil olunan ekskursiyada tələbər muzeyin "Arxeologiya" və "Etnoqrafiya" bölmələri ilə tanış olublar.

Onlara  Azərbaycanın qədim dövr incəsənəti, azərbaycanlıların ulu əcdadlarının həyat tərzi, təsərrüfatı, qədim daş dövrünə aid arxeoloji tapıntılar barədə məlumatlar verilib.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay