UNEC-in magistrinin elmi məqaləsi impakt faktorlu “Rhodamine binds to silk fibroin and inhibits its self-aggregation” beynəlxalq jurnalında dərc edilib.
Qida məhsulları mühəndisliyi ixtisası üzrə 2-ci kursda təhsil alan Aytac Quliyeva məqalədə zülalların aqreqasiyasının qarşısını almaq üçün Rodamin 6G-nin rolunu tədqiq edib. Tədqiqat tut ipəkqurdunun kokonlarından (Bombyx Mori) alınan zülal (fibroin) və flüoran boyaq maddə Rodamin 6G ilə nüvə maqnit rezonans spektroskopiyası ilə ultrabənövşəyi-görünən spektroskopiyasında aparılıb. Məqalədə bu cür zülallardan alınan nəticələrin alzaymer və parkinson xəstəliklərinin müalicəsində istifadə oluna biləcəyindən bəhs olunur, eyni zamanda amiloidlərin yaranmasının öyrədilməsi istiqamətində bir model ola biləciyi bildirilir.