A

UNEC-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin və UNEC SABAH Magistratura layihəsi çərçivəsində hazırlanmış “Elektron Ticarət və Elektron İxracat” və “Rəqəmsal Marketinq və Sosial Media” kitablarının müəllifləri ilə görüş keçirilib. 

BMDM-in direktoru dos. Fariz Əhmədov iştirakçılara “E-Kommersiya” ixtisaslaşması barədə ətraflı məlumat verərək, Azərbaycan dilində hazırlanmış kitabların “E-Kommersiya” və digər əlaqəli ixtisaslaşmalar üçün əsas vəsait rolunu oynayacağını diqqətə çatdırıb.

Bildirib ki, kitablar peşəkar mütəxəssislər və akademik mühitdən seçilmiş həm yerli, həm də xarici müəlliflər tərəfindən yazılmışdır.

Daha sonra kitab müəllifləri çıxış ediblər.

Hər iki kitab elektron formatda UNEC-in kitabxana bazasına yerləşdirilib.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay