A

UNEC Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə təşkil olunan XI Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisində təmsil olunub. “İnsan kapitalı sərvətimizdir” devizi altında keçirilən sərgidə UNEC-in rektoru, professor Ədalət Muradov sərgiyə qatılan təhsil naziri Mikayıl Cabbarovu universitetin stendi ilə tanış edərək tətbiq edilən yeniliklərdən danışıb.

Ziyarətçilərin böyük marağına səbəb olan sərgidə onlara UNEC-in ikili diplom və mübadilə proqramları, 4 dildə təhsil, xüsusi və adlı təqaüdləri, İnnovativ Biznes İnkubatoru haqda ətraflı məlumat verilib. Sərgiyə baxış keçirənlər daha çox MBA proqramıBeynəlxalq Magistratura və Doktorantura MərkəziBeynəlxalq İqtisadiyyat MəktəbiDistant, qiyabi və əlavə təhsil mərkəzinə qəbulla bağlı suallar ünvanlayıblar.

Üç gün davam edən sərgidə zəngin məlumatları və kreativ dizaynı ilə seçilən UNEC-in stendi “Ən orijinal stend” nominasiyasının qalibi olub.

Sərgidə UNEC-in III kurs tələbəsi, Yaradıcılıq Mərkəzinin üzvü Aslan Əzimzadə mahnı ifa edib. UNEC-in məzunu Ramin Bayramov iştirakçılara “Mənim gələcək peşəm və ona aparan yol” mövzusunda seminar keçib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay