A

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və UNEC rektoru professor Ədalət Muradovun müvafiq əmrlərinə əsasən, Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunub.

Gəray Musayev 1975-ci ildə Tovuz şəhərində anadan olub.

1993-1997-ci illərdə Türkiyənin Doqquz Eylul Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr, 1998-2001-ci illərdə magistr, 2001-2007-ci illərdə isə doktorantura təhsili alıb. “Keçid iqtisadiyyatı ölkələrində maliyyə intizamının həyata keçirilməsində Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rolu: Azərbaycan nümunəsi” mövzusunda  doktorluq dissertasiyasını müdafiə edib, iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

2007-2013-cü illərdə UNEC-in Türk Dünyası İşlətmə Fakültəsində (hazırda Türk Dünyası İqtisad Fakültəsi) müəllim, kafedra müdiri vəzifələrində çalışıb. “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “Dövlət maliyyəsi”, “Vergi sistemi”, “Dövlətin gəlir və xərclərinin analizi” fənlərini tədris edir.

2014-2016-cı illərdə Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru olub. 2016-2021-ci ilin avqust ayınadək Maliyyə və mühasibat fakültəsinin dekanı vəzifəsində çalışıb.

2021-ci il avqustun 12-də Tədris və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunub.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

Beynəlxalq və yerli jurnallarda dərc olunan 30-dan çox elmi məqalənin müəllifi və həmmüəllifidir.

Türk, ingilis və rus dillərini bilir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay