A

Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və UNEC rektoru professor Ədalət Muradovun müvafiq əmrlərinə əsasən, Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru dosent Raqif Qasımov Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin olunub.

Raqif Qasımov 1983-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Binəqədi rayonu 246 saylı məktəb-liseyində alıb. 2000-ci ildə Nazirlər Kabineti nəznində Xalq Təsərrüfatı İdarətmə İnstitutuna daxıl olub. Həmin institutun 2002-ci ildə Azərbaycan Dovlət İqtisad Universitətinə birləşdirilməsi ilə əlaqədar olaraq 2004-ci ildə Azərbaycan Dovlət İqtisad Universitetinın (UNEC) Turk Dünyası İşlətmə Fakultəsındən bakalavr dərəcəsi ilə məzun olub.

Bakalavr təhsilini bitirdikdən sonra, 2004-2006-cı illərdə Türkiyənin Niğdə Universitetində “İdarəetmə və təşkilatlandırma”  ixtisası üzrə magistr təhsili alıb.

2006-2011-ci illərdə Türkiyənin Sakarya Universitetində “İdarəetmə və təşkilatlandırma” ixtisası üzrə doktorantura təhsili alıb. 2011-cı ildə “Azerbaycandakı işletmelerde insan kaynakları yönetimi: Ulusal bir çözümleme” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb. 20-dən çox elmi məqalənin və 1 fənn proqramının müəllifidir.

2008-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və işlətmə kafedrasının müəllimidir. “İnsan resurslarının idarəedilməsi”, “Strateji idarəetmə“, “Keyfiyyətin idarəedilməsi”, “Biznesin idarəedilməsi”  və “Müasir idarəetmə nəzəriyyələri” fənlərini  tədris edir.

Türk Dünyası İşlətmə Fakültəsində (hazırda Türk Dünyası İqtisad Fakültəsi) Tələbə İşləri Departamentində  mütəxəssis,  idarə heyətinin üzvü vəzifələrində çalışıb, Tələbə İşləri Departamentində  müdir vəzifəsini icra edib.

2012-ci ildə UNEC-də Mevlana Proqramının  koordinatoru, 2014-cü ilin aprelindən oktyabr 1-nə qədər Magistratura Mərkəzində  direktor müavini vəzifəsində çalışıb.

2014-cü ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin direktoru olub.

2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

2021-ci il avqustun 12-də UNEC-də Rəqəmsallaşma üzrə prorektor vəzifəsinə təyin olunub.

Türk, ingilis və rus dillərini bilir.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay