A

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsində “Gələcəyin mütəxəssisləri üçün kibertəhlükəsizlik dərsi” mövzusunda maarifləndirici seminar keçirilib.

AKTA-nın Kiber Klub fəaliyyəti çərçivəsində həyata keçirilən seminar “SOC anlayışının təsviri və ISO 27001” mövzusuna həsr olunub.  

Spiker qismində AKTA eksperti Fərid Hüseynov çıxış edərək Təhlükəsizlik Əməliyyat Mərkəzinin (SOC) funksiyaları, kibertəhlükəsizlik insidentlərinin monitorinqi və idarə olunması prosesləri, eləcə də ISO 27001 standartı çərçivəsində informasiya təhlükəsizliyi idarəetmə sisteminin qurulması barədə ətraflı məlumat verib.

Çıxış zamanı ISO 27001 standartının real iş mühitində tətbiqi, risklərin qiymətləndirilməsi mexanizmləri və davamlı nəzarət prosedurları praktiki nümunələrlə izah edilib. Tələbələr SOC-un fəaliyyəti, beynəlxalq təhlükəsizlik standartlarının əhəmiyyəti və məlumatların mühafizəsi üsulları ilə bağlı suallar ünvanlayaraq müzakirələrdə fəal iştirak ediblər.

Seminar gənclərin kibertəhlükəsizlik sahəsində biliklərinin artırılmasına, praktik bacarıqlarının inkişafına və akademik mühitlə sənaye arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verib.

TOP XƏBƏRLƏR