A

UNEC-in Rus İqtisad Məktəbində (RİM) tələbələrin intellektual və zehni inkişafına töhfə vermək məqsədilə intellektual oyunlar üzrə yeni çempionatın başlanğıc turu keçirilib.

Layihənin məqsədi tələbələrin bilik səviyyəsinin artırılması, məntiqi təfəkkürünün inkişaf etdirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılmasıdır.

Ümumilikdə 11 komanda və 60-dan çox tələbənin iştirak etdiyi yarışlar semestrin sonunadək hər həftə keçiriləcək.

Gərgin və həyəcanlı keçən birinci turun yekununda “Dəmir yumruq” komandası qalib olub.

Qalib gələn komandaya simvolik hədiyyələr təqdim olunub.

TOP XƏBƏRLƏR