A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Avropa İqtisadiyyatı Mərkəzinin təşkilatçılığı ilə “Süni intellekt və effektiv elmi fəaliyyətə yeni baxış” ("Artificial intelligence and a new vision of effective scientific activity") mövzusunda onlayn seminar keçiriləcək.

Mövzu ətrafında Almaniyanın Bohum Ruhr Universitetinin Beynəlxalq inkişaf emləri üzrə fəlsəfə doktoru Dr. Elxan Sadıqzadə və Malaziyanın Utara Universitetinin professoru Ferdous Alam təqdimatla çıxış edəcəklər.

27 aprel 2023-cü il tarixində saat 15.00-da keçiriləcək seminara Zoom platforması üzərindən https://zoom.us/j/91776573123 (kod: 703699) linkinə keçid etməklə qoşula bilərsiniz.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay