A

UNEC-də Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dos. Altay İsmayılovun moderatorluğu ilə “Universitet – Biznes əlaqələrinin inkişafında elmi tədqiqatların rolu: tedqiqat.com platformasının təqdimatı” mövzusunda seminar keçiriləcək.

Seminarda sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan “Market Research Society Advanced Certificate in Market and Social Research Practice” sertifikatının sahibi, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçi İnqilab Şahbazov məruzə ilə çıxış edəcək.

26 aprel 2022-ci il tarixində saat 13.00-da UNEC-in əsas tədris binasının Kiçik akt zalında keçiriləcək seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay