“Jean Monnet” qrant proqramına sənəd qəbuluna start verilib. 

Proqramda müəllim və tələbələr iştirak edə bilərlər.

“Jean Monnet” qrant proqramı dünyanın hər yerində Avropa İttifaqı ilə bağlı tədqiqatları dəstəkləmək və inkişaf etdirməkdir. Bu proqram müxtəlif sahələr çərçivəsində geniş spektrli hədəf qruplara (o cümlədən adətən mövzu ilə tanış olmayanlara) ali təhsil səviyyəsində Avrointeqrasiya prosesi üzrə tədris və elmi tədqiqatların aparılmasında qabaqcıl təcrübələri təşviq edir.

Proqramın məqsədləri aşağıdakılardır:

  • dünyanın hər yerində ixtisaslaşmış tədris mütəxəssisləri, təhsilalanlar və vətəndaşlar arasında Avrointeqrasiya sahəsində təhsili və tədqiqatları təşviq etmək
  • Avrointeqrasiyanın tədqiqi sahəsində fəal olan assosiasiyaların fəaliyyətlərini dəstəkləmək;
  • akademik icma və siyasətçilər arasında Aİ siyasətlərinin prioritetləri barədə siyasi müzakirələri və dialoqu təşviq etmək;
  • tələbələri və gənc mütəxəssisləri onların akademik fəaliyyətləri və karyeraları üçün aktual olan Aİ məsələləri barədə biliklərlə təchiz etmək və onların fəal vətəndaş vərdişlərini formalaşdırmaq;
  • tədris və tədqiqatlarda innovasiyanı (məs.sahələrarası və/yaxud çoxsahəli tədqiqatlar, açıq təhsil, digər ATM-lərlə şəbəkələşmə və s.)təşviq etmək.

“Jean Monnet” proqramı üç əsas komponentdən ibarətdir:

  1. Tədris və tədqiqat
  2. Siyasət sahəsində müzakirələr və dialoq
  3. Assosiasiyalara dəstək

Tədris və tədqiqat komponentlərinə daxil olan Jean Monnet modulları üzrə maksimum maliyyələşmə məbləği 30,000 avrodur. Jean Monnet Centres of Excellence üzrə maksimum maliyyələşmə məbləği 100,000 avrodur.

ƏTRAFLI MƏLUMAT

Sənədləri təqdim etmək üçün son tarix: 2 iyun 2021-ci il.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay