A

 UNEC Biznes Məktəbinın MBA Proqramı 2022/2023-cü tədris ili üzrə əmək bazarında ən çox tələb olunan 29 ixtisas üzrə qəbul elan edir.

MBA proqramı üzrə təhsil 2 ildir. Proqramına daxil olanlar könüllülük əsasında dissertasiya işi yazıb, doktoranturaya sənəd verə bilərlər. Dissertasiya işi yazanlar 8 əsas fənn və əlavə olaraq 4 seçmə fənn dinləməlidirlər. Dissertasiaya işi yazmayanlar isə 8 əsas fənn və 8 seçmə fənn dinləməlidirlər.

Təhsil ödənişlidir, proqrama qəbul olan tələbələr təhsil haqqını hissi-hissə ödəyə biləcək. İmtiyazlı tələbələr (məcburi köçkünlər, şəhid ailələri və s.) isə təhsil haqqından azaddırlar.

UNEC Biznes Məktəbində təhsil alan magistrlər dünyanın aparıcı universitetləri ilə reallaşdırılan ikili diplom və mübadilə proqramından faydalana bilərlər. UNEC ABŞ-ın Linkoln Universiteti, İsveçrənin UBİS (University of Business and International Studies), Fransanın Montpellier və Litvanın Mikolas Romeris Universiteti (MRU) ilə ikili diplom proqramı reallaşdırır. İkili diplom proqramını uğurla bitirən tələbələr məzun olduqda iki diplom əldə edəcəklər.

Dərslər həftədə 2 dəfə olmaqla, saat 18.40-da başlayır və 21.40-da bitir.

İXTİSASLARIN  SİYAHISI

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay