A

Yaponiyanın Xarici İşlər Nazirliyi gənclərin Yaponiya haqqında bilik və dünyagörüşünün artırılması məqsədilə həyata keçirilən “MIRAI” proqramına iştirakçı qəbulu elan edir.

Mübadilə proqramı aprel ayından internet üzərindən online şəkildə başlayacaq. Yaponiyaya səfər isə 8-16 iyun tarixlərində (təxmini 1 həftə) planlaşdırılır.

Proqramda Azərbaycan universitetlərində bakalavr və ya magistr pilləsi üzrə təhsil alan tələbələr, dövlət və özəl sahələrdə hüquq üzrə çalışan, 20-30 yaş aralığında olan gənclər iştirak edə bilərlər.

Qeyd: Hüquq, Beynəlxalq əlaqələr, İctimai siyasət, İqtisadiyyat, İdarəçilik fakültələrində təhsil alan və hüquq sahəsində tədqiqat aparan tələbələr, şirkətlərdə hüquq sahəsində təcrübəsi olan şəxslərin proqrama müraciətlərini gözləyirik.

ƏTRAFLI MƏLUMAT

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay