Peşə təhsilinin prioritet istiqamətləri üzrə inkişafa xidmət edən innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Təhsil Nazirliyi “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi elan edir.

Müsabiqə fondunun büdcəsi 300 000 (üç yüz min) manat təşkil edir.

Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı prioritet istiqamətlərdən birini əhatə etməlidir:

  1. Peşə ixtisasları üzrə işəgötürənlər və işaxtaranlar üçün onlayn karyera platformasının hazırlanması;
  2. Peşə təhsili müəssisələrinin maliyyə dayanıqlılığının gücləndirilməsi məqsədilə dövlət-özəl tərəfdaşlığına yönəlmiş təşəbbüslər.

Müsabiqə iştirakçılarına verilən tələblər:

Müsabiqədə peşə təhsili müəssisələri iştirak edə bilər.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

  1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:
  • Layihə təklifi forması (formaya uyğun olaraq);
  • Layihənin xərclər smetası (formaya uyğun olaraq);
  • Layihənin icra planı (formaya uyğun olaraq);
  1. Layihəyə rəhbərlik edəcək şəxsin və əsas işçi heyətinin, həmçinin layihə çərçivəsində cəlb ediləcək əməkdaşların tərcümeyi-halı (CV).
  2. Müsabiqəyə təqdim ediləcək layihə təklifi üzrə fəaliyyət 3 aydan 9 ayadək müddəti əhatə etməlidir.
  3. Müsabiqəyə təqdim ediləcək layihə təklifinin büdcəsi maksimum 150 000 (yüz əlli min) manatadək təşkil etməlidir.
  4. Hər bir iştirakçı müsabiqəyə yalnız bir layihə təklifi təqdim edə bilər.

*
Müsabiqəyə təqdim olunan layihə təkliflərinin qiymətləndirilməsi üçün meyarlar:

  1. Layihənin əsaslandırılması, məqsəd və vəzifələrinin müsabiqə istiqamətlərinə uyğunluğu;
  2. Planlaşdırılmış fəaliyyətlərin reallığı, layihənin məqsəd və vəzifələrinə, gözlənilən nəticələrinə uyğunluğu;
  3. Layihənin faydalılığı;
  4. Layihənin maliyyə səmərəliliyi;
  5. Layihənin monitorinqi və qiymətləndirilməsi, risklərinin idarə olunması metodologiyasının səmərəliliyi;
  6. Layihənin davamlılığı.

Müsabiqə fondunun büdcəsinə sığan və qeyd olunan meyarlar üzrə qiymətləndirmə nəticəsində ən yüksək bal toplamış layihələrə qrantların verilməsi nəzərdə tutulur.

Müsabiqənin müddəti: Müsabiqədə iştirak üçün müraciət sənədləri 05 - 18 oktyabr 2021-ci il tarixlərində elektron formada Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı üzərindən qəbul edilir.

Layihələrin qəbulu üçün son tarix: 18 oktyabr 2021-ci il, saat 21:00
Ünvan: Bakı şəhəri, Xətai 49
Telefon: 012 599 11 55 (523)
Elektron poçt: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay