A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, oradakı bacarıqlı və savadlı abituriyentləri bu universitetə cəlb etmək məqsədilə ali məktəbin professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə oktyabrın 20-dən  başlayan səfərləri davam edir.

Növbəti görüşlər cənub bölgəsində, həmçinin Yevlax və Balakən rayonlarında baş tutub. Biləsuvarda abituriyentlərlə görüş şəhər N.Gəncəvi adına 1N-li tam orta məktəbdə təşkil edilib. Cəlilabadda isə Sevil Əliyeva adına 7N-li tam orta məktəbdə rayonun bir neçə təhsil ocağının şagirdləri ilə görüş olub. Lənkəranda analoji tədbir Boladi kənd 1N-li və Lənkəran şəhər 10 N-li məktəblərdə keçirilib. Yevlax şəhərində orta məktəblərdə keçirilən görüşlərdə valideynlər də iştirak ediblər.

Nümyəndə heyəti şagirdlər qarşısında  UNEC barədə təqdimatla çıxış edib. Şagirdlərə UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə qəbulun həyata keçirildiyi, tədrisin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı blidirilib. Universitetdə tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi vurğulanıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 AZN həcmində xüsusi təqaüd verildiyi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlavə təqaüd verildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları barədə də ətraflı məlumat verilib. UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi, İdman Klubunun fəaliyyətindən bəhs olunub.

Sonra şagirdlərə bukletləri paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay