A

UNEC-i regionlarda tanıtmaq, bölgələrdə təhsil alan bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə təşkil olunan növbəti səfər Quba, Xaçmaz, Tərtər, Sabirabad, Göyçay və İsmayıllı rayonlarına olub.

UNEC-in dosentləri Hənifə Cəfərli, İlqar Rəcəbov və dekan müavini Elbrus Əkbərov Tərtər rayonunun orta məktəblərində, İqtisadiyyat və işlətmə kafedrasının müəllimi Teymur Sərxanov Sabirabad rayonunun məktəblərində, Türk Dünyası İqtisad Məktəbinin müəllimi Turan Əhmədov isə İsmayıllı rayonunun məktəblərində abituriyentlərlə görüşüblər.

Universitetin dosenti Təranə Əliyeva, baş müəllimlər Tahirə Kərimova, Azər Məmmədov Quba rayonunda səfərdə olarkən, rayonun 1, 6 saylı məktəblərində, Quba Dövlət Sosial İqtisad Kollecində, Xaçmaz rayonunun 1, 3, 7 saylı məktəblərində şagirdlərlə görüş keçiriblər.

Görüşdə UNEC və onun fəaliyyəti barədə geniş məlumat verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, bukletlər paylanılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay