A

Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) Bakıda və regionlarda daha yaxından tanıtmaq, bacarıqlı və savadlı abituriyentləri universitetə cəlb etmək məqsədilə UNEC kollektivinin məktəblilərlə görüşlərinə start verilib. 

İlk onlayn görüş Bakının 160 saylı Klassik Gimnaziyanın yuxarı sinif şagirdləri ilə olub. UNEC-in Tətbiqi iqtisadiyyat kafedrasının “Beynəlxalq ticarət və loqistika”, “Marketinq” ixtisaslarının rəhbəri, dosent Mehriban Səmədova abituriyentlərə UNEC-in təhsil xidmətləri, fənlərin tədrisi, universitet tələbələrinin sosial həyatı barədə ətraflı məlumat verib. Eyni zamanda “Beynəlxalq ticarət və loqistika”, “Marketinq” ixtisaslarının karyera imkanlarını məktəblilərə açıqlayıb.

Şagirdlərin böyük maraqla dinlədikləri təqdimatdan sonra onları maraqlandıran suallar cavablandırılıb. Məktəblilərə bildirilib ki, onlar “UNEC-də bir gün” layihəsi çərçivəsində universitetdə infosessiyada iştirak edə bilərlər.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay