A

UNEC-in gənc müəllimlərilayihəsinin növbəti iştirakçısı Xətai Alıyevi təqdim edirik.

Xətai Alıyev: "Rəqəmlər danışır və danışdırır!"

2005-2010-cu illərdə Qafqaz Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisasında təhsil alaraq, universiteti fərqlənmə diplomu ilə bitirib.

2012-2014-cü illərdə Şimali Kipr Türk Cümhuriyyətinin Doğu Akdeniz Universitetində (Eastern Mediterranean University) iqtisadiyyat ixtisası üzrə magistratura təhsilini fərqlənmə ilə başa vurub.  

2016-cı ilin yanvarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başlayan dissertantura təhsilini 2 il ərzində tamamlayaraq, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ekonometriya ixtisası üzrə elmlər doktorluğu proqramına qəbul olub və hazırda davam edir.

2014-2017-ci illlərdə Qafqaz Universitetində elmi işçi və müəllim, 2017-ci ildən etibarən isə UNEC-də və Bakı Mühəndislik Universitetində müəllim kimi çalışır.

Hazırda UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının baş müəllimi və UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəridir. Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) “Ekonometrika”, “İqtisadiyyatın tənzimlənməsi”, magistraturada isə “Tədqiqat metodları” fənlərini tədris edir. Makroiqtisadi siyasətlə bağlı mövzularda ekspert qismində çıxış edir.

1 kitab və 42 elmi məqalənin müəllifidir. Məqalələrin 16-sı nüfuzlu SCOPUS beynəlxalq məlumat bazasında indekslənən jurnallarda dərc olunub.

Elmi tədqiqatların aparılması və sorğuların keçirilməsi məqsədilə yaradılan ASERC MMC-nin ideya müəllifi və həmtəsisçisidir. ASERC nəzdindəki ASERC Journal of Socio-Economic Studies beynəlxalq elmi jurnalının yaradılması təşəbbüsünün müəllifi və köməkçi redaktorudur.

Müxtəlif beynəlxalq layihə və mübadilə proqramları vasitəsilə ABŞ, Fransa, İtaliya, Türkiyə, Macarıstan kimi ölkələrdə elmi-pedaqoji fəaliyyət göstərib.

Azərbaycan və ingilis dilini bilir.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay