A

“UNEC-in gənc müəllimləri” layihəsi davam edir. Layihənin budəfəki iştirakçısı Emiliya Əhmədovadır.

Emiliya Əhmədova: “Keyfiyyətli təhsil ən dəyərli mirasdır!”

2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformatika və İdarəetmə fakültəsində “İnformasıyanın işlədilməsi və idarə edilməsi” ixtisası üzrə bakalavr təhsili alıb. 2011-ci ildə Qafqaz Universitetinin MBA proqramını fərqlənmə ilə bitirib. Rome Business School-da “Marketinq və kommunikasiya” ixtisası üzrə magistr təhsili alıb.

2014-2019-ci illərdə UNEC-in Marketinq və Biznesin idarəedilməsi kafedralarında çalışıb. Hazırda Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir. UNEC Biznes Məktəbində, SABAH mərkəzində və Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) biznes və marketinq yönümlü fənləri tədris edir.

Erasmus+ müəllim mübadiləsi proqramı çərçivəsində Macarıstanın Dunaújváros və Rumıniyanın Babes-Bolyai universitetlərində mühazirə deyib. Almaniya, Türkiyə və Fransada keçirilən təlim və konfranslarda iştirak edib.

Clarivate, Scopus, Ebsco indeksli jurnallarda çap olunmuş bir sıra elmi məqalələrin müəllifidir. 2019-cu ildən SCOPUS-a daxil olan İslam Marketinqi jurnalının rəyçisi qismində çıxış edir. Təhsildə keyfiyyətin artırılması, tələbələrin motivasiyasının ölçülməsi və yüksəldilməsi istiqamətində tədqiqat işləri aparır.

Hazırda Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində “Təhsil və insan kapitalının inkişafı: Təhsil siyasəti və liderlik” üzrə magistratura təhsili alır. 

Azərbaycan, rus, ingilis və ispan dillərini bilir.

TOP XƏBƏRLƏR