A

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Pərvin Paşayevadır.

Gənc müəllimin sloqanı: “Təhsil təkcə həqiqətləri yox, həm də düşünməyi öyrədir”

Pərvin Paşayeva Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakultəsində (TUDİFAK) “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə bakalavr təhsili alıb. Magistr dərəcəsini isə Qafqaz Universitetində (indiki BMU) “Biznesin təşkili və idarə olunması” ixtisası üzrə tamamlayıb. Hazırda Bakı Mühəndislik Universitetinin dissertantıdır.

“Erasmus+” mübadilə proqramı çərçivəsində Türkiyənin Hacettepe Universiteti və Anadolu Universitetində təlimlər keçib.

2019-cu ildə “DAAD” proqramı çərçivəsində Almaniyanın Siegen Universitetində elmi-tədqiqat aparıb.

Ölkədə və xarici jurnallarda, həmçinin konfranslarda dərc olunan 7 məqalənin müəllifidir.

Türkiyənin maliyyələşdirdiyi “Mevlana” mübadilə proqramının koordinatorudur.

UNEC-in "İqtisadiyyat və işlətmə" kafedrasının müəllimidir, Türk Dünyası İqtisad Fakültəsində dərs deyir.

Türk, rus və ingilis dillərini bilir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay