A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “Dünya iqtisadiyyatı” dərsliyini təqdim edir.

UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Anar Rzayevin tərcümə etdiyi dərslik dünya iqtisadiyyatının genezisi, formalaşması və inkişafının başlıca suallarının məntiqi və tarixi izahı əsasında qurulub. Əsərdə dünya iqtisadiyyatının mahiyyəti, nəzəriyyələri, qanunauyğunluqları və tendensiyaları, eləcə də qlobal və regional problemləri açılır, dünya iqtisadiyyatının resurs potensialı və sahə strukturu xarakterizə olunur, beynəlxalq iqtisadi inteqrasiya konsepsiyaları və onun inkişaf modelləri izah edilir, inkişaf etməkdə olan ölkələrin və keçid iqtisadiyyatı ölkələrinin dünya təsərrüfatında iştirakı nəzərdən keçirilir. Həmçinin kitabda qloballaşan dünya iqtisadiyyatı sisteminin reallıqları və perspektivləri geniş təhlil edilib. Dəsrliyin üstün cəhətlərindən biri də ilk dəfə Rusiya iqtisadi ədəbiyyatında dünya iqtisadiyyatı sistemində Azərbaycan fenomeninin nəzərdən keçirilməsidir.

2015-ci ildə çapdan çıxan kitabı UNEC-in kitabxanasından əldə edə bilərsiniz. 

TOP XƏBƏRLƏR