A

UNEC-in kitabxanası “Həftənin kitabı” layihəsində oxuculara “Reklam işinin təşkili və idarə edilməsi” dərsliyini təqdim edir.

Dərs vəsaitinin müəllifi P.X.Axundbəylidir.

Dərslikdə reklam istehsalın və tədavülün vacib elementi olması ilə kütləvi satış bazarının yaradılması üsulu, rəqabət mübarizəsi vasitəsi kimi təqdim edilib. Belə ki, yayım vasitələrindən intensiv istifadə edilməsi ilə reklam fəaliyyəti texnikasının təkmilləşdirilməsi satış bazarının əldə edilməsinin mühüm vasitəsi hesab olunur. Buna görə də dərslik müasir informasiya mühitinin tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir. Bu cür yanaşma tədris prosesində reklam işinin təşkili və idarə edilməsi ilə əlaqədar mütəxəssislərin hazırlanmasında bu fənnin yerinin və rolunun şərtləndirilməsində həlledici əhəmiyyətə malikdir.  

2016-cı ildə “İqtisad Universiteti” Nəşriyyatında çapdan çıxan, 416 səhifəlik “Reklam işinin təşkili və idarə edilməsi” kitabını UNEC-in kitabxanasından əldə edə bilərsiniz.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay