A

UNEC-də “Sağlam həyat tərzi: Mif yoxsa Reallıq” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. O, tədbirin mövzusunun aktuallığına diqqət çəkərək, sığorta işi ilə bağlı maarifləndirilmənin əhəmiyyətini vurğulayıb.

Sonra UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri dos. Sevda Məmmədova təqdimatla çıxış edərək, icbari tibbi sığorta sahəsində ölkədə aparılan islahatlardan danışıb, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün görüləcək tədbirlərdən söz açıb.

“İcbari tibbi sığorta haqqında maarifləndirmə” mövzusunda təqdimatla çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Nərgiz Əlimərdanova icbari tibbi sığortanın xidmətlər zərfi, icbari tibbi sığorta çərçivəsində göndərişlərin verilməsi qaydası, icbari tibbi sığortanın kimlərə şamil olunduğu, sığorta haqları və s. barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva isə sağlam həyat tərzinin formalaşmasında İcbari Tibbi Sığortanın rolundan danışıb. O, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsində əhali üçün bərabər şərtlərin yaradılması, əhalinin sağlamlığının qorunması məqsədi ilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində görülən işlərdən danışıb.

Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Novruz mühazirələri” çərçivəsində keçirilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, məruzəçilər tərəfindən iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay