A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin təşkilatçılığı ilə xaricdə fəaliyyət göstərən yüksək h-indeksə malik alimlərin iştirakı ilə “Elmi məqalələrin beynəlxalq indeksli jurnallarda nəşri qaydaları: Ön qeydiyyat, analiz planı və nəşr” mövzusunda növbəti master-klas keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova elmi məqalələrin düzgün tərtibi və nüfuzlu jurnallarda nəşri istiqamətində maarifləndirici seminarların mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb.

UNEC Koqnitiv İqtisadiyyat Tədqiqat Mərkəzinin tədqiqatçısı, İngiltərənin Portsmut Universitetinin dosenti Zəhra Murad təqdimatla çıxış edərək məqalə əlyazmasının çapa hazırlanması, elmi məqalənin çap üçün təqdim olunma prosesi, ön qeydiyyat, respondentlərin stimullaşdırılması məsələlərin həlli və s. ilə bağlı təcrübələrini iştirakçılarla bölüşüb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin rəsmi facebook səhfəsi üzərindən canlı yayımlanan seminarı https://www.facebook.com/100073226974477/videos/1235370913756669 linkinə keçid etməklə izləyə bilərsiniz.

TOP XƏBƏRLƏR