A

UNEC-i Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri Fariz Əhmədov İspaniyanın Kataloniya Politexnik Universitetində sahibkarlıq və innovasiya mövzusunda keçirilən təlimlərdə iştirak ediblər.

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Erasmus+ layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda növbəti təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub 

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan Azərbaycan universitetlərinin rektorları, prorektorlar, inzibati və akademik heyətdən ibarət 27 nəfərlik nümayəndə heyəti işgüzar səfərdə iştirak ediblər.

Təlim proqramına əsasən səfərin ilk günü layihənin koordinatoru Eşqin Bayramovun moderatorluğu ilə layihənin cari vəziyyətinin müzakirəsi üzrə iclas keçirilib və fikir mübadiləsi aparılıb. Təlimlərin növbəti günü ev sahibi Kataloniya Politexnik Universitetinin rəhbərliyi Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətini salamlayaraq, açılış nitqi ilə çıxış edib. O, layihənin ali təhsilin inkişaf etdirilməsi baxımından aktual bir mövzuya həsr olunduğunu qeyd edərək, mühüm partnyorlardan biri olmaqdan məmnun olduqlarını dilə gətirib.

Daha sonra təlim iştirakçıları Universitetin İnnovasiya İdarəetmə Xidmətinin təqdimatında iştirak ediblər. İspaniyalı sahibkarlarla görüşlərin və müzakirələrin keçirilməsi isə təlim proqramının ən məhsuldar fəaliyyətləri sırasında yer alıb. Proqram çərçivəsində iştirakçılar MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM and Indl Tech kimi innovasiya mərkəzlərini ziyarət edərək, onların fəaliyyəlləri ilə yaxından tanış olublar. Bununla yanaşı sahibkarlıq fəaliyyətlərinin Universitetin inkişaf strategiyası və fəaliyyətlərinə inteqrasiya edilməsi və digər mühüm mövzularda təlimlər keçirilib, yekunda isə müvafiq mövzu barəsində komanda işləri nümayiş etdirilib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay