A

UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentində 17 noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.

Dövlət Himninin səsləndirilməsilə başlanan tədbirdə departament direktoru dosent Gülnarə Rzayeva, “Azərbaycan dili” kafedrasının müdiri professor Tofiq Əbdülhəsənov Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayan Milli Dirçəliş Gününü milli oyanış, milli məfkurənin formalaşması günü kimi qiymətləndiriblər.

“Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev 1988-ci ildən müasir dövrümüzədək Azərbaycanın keçdiyi tarixə nəzər salaraq, Ulu Öndər Heydər Əliyevin həmin illərdə dövlətimizin müstəqilliyini qoruması və hazırda onun fəaliyyətini uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin türk dövlətlərinin strateji maraqlarına istiqamətləndiyini diqqətə çatdırıb.

Tədbirin sonunda departamentin mütəxəssisi Aygün Behbudovanın hazırladığı videoçarx nümayiş etdirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay