A

UNEC-də Türk Dünyası İqtisad Fakültəsi və Beynəlxalq Əməkdaşlıq Departamentinin birgə təşəbbüsü ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Şuşa şəhərinin 2023-cü ilin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Tədbirlər Planı çərçivəsində Türk Dünyası ölkələrinin professorlarının iştirikı ilə onlayn formada təşkil olunub.

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Makedoniyanın nüfuzlu universitetlərinin nümayəndələri tərəfindən müxtəlif mövzularda müzakirələr aparılıb. Türk Dünyası İqtisad fakültəsinin dekanı prof. dr. Mehmet Yücenin moderatorluğunda keçirilən tədbirdə Qırğızıstanın Türk-Qırğız Manas Universitetinin professoru Ulanbek Alimov, Türkiyənin İbn Haldun Universitetinin professoru Yaşar Sarı, Qazaxıstanın Qazax Milli Qızlar Pedoqoji Universitetin professoru Akzharkyn Abuova, Şimali Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin professoru Azam Körbayram, Özbəkistandan Shahsanam Yoldasheva və AzərbaycandanTUDİFAK-ın dekan müavini Yusif Əliyev məruzəçi qismində çıxış ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay