A

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin nəzdində fəaliyyət göstərən “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti, ixtisas rəhbəri Təranə Əliyeva və kafedranın baş müəllimi Şamil Hümbətov Türkiyənin Atatürk Universitetində keçirilən “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” üzrə II Beynəlxalq Şərq konfransında iştirak ediblər.

TUBİTAK-ın dəstəyilə keçirilən konfransda Atatürk Universitetinin, Sabancı Universitetinin professorları, UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müdiri akademik Əli Abbasov (online), kafedranın baş müəllimi Şamil Hümbətov açılışda çıxış ediblər. Hibrid formada keçən konfransda həm akademik, həm də sənaye təyinatlı məruzələr  dinlənilib.

Konfrans çərçivəsində İstanbul Universitetinin “Kompüter elmləri” kafedrasının müdiri prof. Sevinc Gülseçenlə və Atatürk Universitetinin Proqram təminatı kafedrasının müdiri prof. Yüksel Göktaşla UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Universitetlər arasında “Kompüter elmləri” və “Proqram Təminatı Mühəndisliyi” ixtisasları istiqamətində ikili magistr proqramı, Erasmus+ mübadilə proqramı çərçivəsində müəllim və tələbə mübadilələri və digər qrant layihələrində birgə əməkdaşlıq imkanları araşdırılıb.

Konfransda qeyd olunub ki, “İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi” üzrə  IV Beynəlxalq Şərq konfransının UNEC - də keçirilməsi nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay