A

Azərbaycan Texnologiya Universitetində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı Qlobal İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması” (REFRESH) Erasmus+ KA2 layihəsinin məlumatlandırma günü keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin tədris işləri üzrə prorektoru Raqif Hüseynov, strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə müşavir Mehman Kərimov, UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova və departamentin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli Azərbaycan Texnologiya Universitetinin struktur bölmə rəhbərləri və “Ətraf mühitin mühafizəsi” kafedrasının professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Azərbaycan Texnologiya Universitetinin layihə üzrə meneceri Raqif Hüseynov iştirakçıları REFRESH layihəsi barədə məlumatlandıraraq, layihənin əhəmiyyətindən danışıb.

Sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri v.m.i.e. Ramidə Xəlilova təqdimatla çıxış edərək, layihənin fəaliyyət planı, idarə edilməsi və koordinasiyası, bərpa olunan enerji təhsili üzrə tərəfdaş olan Azərbaycan universitetlərində ilkin tədqiqatı, pilot kursların və innovativ kurikulumların dizaynı, virtual öyrənmə və simulyasiya (VLS) laboratoriyalarının Aİ modellərinin araşdırılması və təbliğatı, dayanıqlılıq, keyfiyyət planı və monitorinqi, layihədən gözlənilən nəticələr barədə ətraflı məlumat verib.

Tədbirin sonunda layihə ilə bağlı professor-müəllim heyətini və tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay