A

UNEC-də Ekonofizika Tədqiqat Mərkəzi və Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi tərəfindən “Yeni dövrdə yeni ideyalarla” adlı müzakirələr çərçivəsində “Toplantının Fəlsəfəsi: düzgün qərarqəbuletmənin elmi əsası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova UNEC-in təşəbbüsü ilə keçirilən "Gələcək özümü gələcək?" mövzusunda ilk ictimai müzakirənin davamı olaraq, Tədqiqat Mərkəzləri tərəfindən silsilə tədbirlərin keçirildiyini bildirib.

Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri professor Şahlar Əsgərov toplantıların əks mövqeləri ortaya qoymağa imkan yaratdığını  və düzgün qərar qəbul etmək üçün çox effektli alət olduğunu bildirib. Toplantının məqsədinin də məhz düzğün qərar qəbul etmək üçün fərdin  şəxsiyyətlərin intelektual potensialından istifadə etməsi olduğunu qeyd edib.

Təhsil eksperti İlham Əhmədov ölkədə distant təhsil sisteminin yaradılması istiqamətində real addımların atılması ilə bağlı fikirlənin bölüşüb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib, düzgün qərar qəbuletmədə milli və bəşəri dəyərlərin rolu barədə fikir mübadiləsi aparılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay