A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Texnologiya və Transfer Mərkəzinin (TTM) əməkdaşları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) keçirdiyi beynəlxalq seminarda iştirak ediblər.

Seminar “Azərbaycan Respublikasında İnnovasiya üçün Texnologiyaya Çıxış, Texnologiya və İnnovasiyalara Dəstək Mərkəzi (TİDM) şəbəkəsinin yaradılması” mövzusunda olub.

TTM-nin direktoru Aydın Hüseynov  “Azərbaycan Dövlət İqtisad Universitetində Texnologiya Transfer Mərkəzinin yaradılması və fəaliyyəti” haqqında məruzə ilə çıxış edib. A.Hüseynov bildirib ki, mərkəzdə ixtiraçılıq və patent işi ilə bağlı treninqlər təşkil olunur, patentlərin hazırlanması qaydaları barədə məsləhətlər verilir. Həmçinin, UNEC elm və innovasiya sahəsində dünyanın aparıcı universitetləri ilə sıx əməkdaşlıq edir.Sonda iştirakçılara Ümumdünya Əqli Mülkiyyət Təşkilatının sertifikatları təqdim olunub.

TOP XƏBƏRLƏR