A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar olaraq “COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti” mövzusunda  dəyirmi masa  keçirilib.

Tədbirdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov çıxış edərək, dünyanın ən böyük beynəlxalq konfransı - COP29-da 150-dən çox dövlətin nümayəndəsi iştirak etdiyi üçün və bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunduğunu vurğulayıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycan üçün həm də siyasi baxımdan önəm kəsb etdiyini qeyd edib.

Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Rəsul Balayev çıxış edərək, “Bakıda keçiriləcək COP29-un sadəcə ekoloji problemlərin müzakirəsi üçün konfrans deyil, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılacağı böyük forum olacağını bildirib. Azərbaycanın mühüm qlobal konfransa ev sahibliyi etməklə, beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirdiyini və siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsinin beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına töhvə verəcəyini qeyd edib.

TOP XƏBƏRLƏR