A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi ilə UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin birgə təqdimatında COP29-a həsr olunan “Məsuliyyətli İstehlak və İstehsal mövzusunda onlayn seminar keçirilib.

UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin tədqiqatçısı, dosent Zəhra Muradın moderatorluğu ilə keçirilən tədbirdə dayanıqlı istehlak və istehsalın məqsədlərindən danışılıb. Z.Murad resurslardan səmərəli istifadə, deqradasiyanın və çirklənmənin azaldılması yolu ilə rifah dərəcəsinin artırılması və s. barədə məlumatları iştirakçılarla bölüşüb.

Sonra məruzə ilə çıxış edən İngiltərənin Portsmouth Universitetinin dosenti Roza Sagitova Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) söz açıb. O, yoxsulluğa son qoymaq, yer kürəsində ətraf mühiti və iqlimi qorumaq, eləcə də insanların sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin etməyin DİM-in ısas məqsədləridən olduğunu qeyd edib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay