A

UNEC-in Kitabxana İnformasiya Mərkəzinin (KİM) 24/7 kitabxanasının əməkdaşları Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” və “COP 29 ekoloji və sosial-iqtisadi davamlılığın təminatçısı kimi” mövzularında keçirilən dəyirmi masada iştirak ediblər.

Tədbirdə KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova “Yaşıl kitabxanalar konsepsiyası” mövzusunda çıxış edib. O, COP 29 çərçivəsində keçirilən tədbirlərdən, həmçinin UNECdə reallaşdırılan “Gələcəyimizi qoruyaq”, “Həftənin kitabı”, “Yaşıl alma” və “Yaşıl kitabxana” kimi yeni layihələrdən danışıb.

Sonda UNEC 24/7 Kitabxana əməkdaşları İlqar Əliyev və Allahverdi Əliyevin təqdimatında KİM-in təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” adlı virtual sərgi tədbir iştirakçılarına təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay