A

UNEC-in Mühəndislik fakültəsində COP29 ilə əlaqədar olaraq “Davamlı inkişaf üçün iqlim dəyişikliyi ilə mübarizədə mühəndislərin rolu” adlı konfrans keçirilib.  

Konfransda “Ekologiya mühəndisliyi” ixtisasının rəhbəri Fəridə Əkbərova "İqlim dəyişikliyi və su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi", “Qida mühəndisliyi” ixtisasının rəhbəri Mehriban Məhərrəmova “Ekoloji qida - qida mühəndislərinin vacib obyekti kimi”, “Maşın mühəndisliyi” ixtisasının rəhbəri Sevda Abbasova "Ekologiyanı təmiz saxlayan maşınlar", “Material mühəndisliyi” ixtisasının rəhbəri İlhamə Allahverdiyeva “Materialların təkrar emalının ekoloji aspektləri”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasının rəhbəri Əhməd Asimov “Karbon əsaslı nanokompozitlərin karbon tutma texnologiyasında tətbiqi”,, “Sənaye mühəndisliyi” ixtisasının rəhbəri Gülnarə Məmmədova isə “Bərpa olunan enerji mənbələrinin istifadəsində mühəndislərin rolu” mövzularında çıxış ediblər.

Məruzəçilər çıxışlarında yaşıl enerji mənbələrinin inkişaf etdirilməsinin müsbət nəticələri, təkrar emalın ətraf mühitə təsiri və iqtisadiyyat üçün əhəmiyyəti, elektrik nəqliyyatı vasitələrinin ətraf mühitə təsiri, nanotexnologiyanın ekoloji problemlərinin həllində rolu, iqlim dəyişikliyinin qida məhsullarına təsiri, su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, ekosistemlərin təhlükəsizliyinin təminatçısı ilə bağlı məsələlər haqqında  fikirlərini bölüşüblər.

Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı təkliflər səsləndirilib.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay