UNEC Rus İqtisad Məktəbinin nəzdindəki “Tətbiqi iqtisadiyyat” kafedrası tərəfindən "COP-29 - tarixi uğur: əldə edilən razılaşmanın əsas iqtisadi nəticələri" mövzusunda dəyirmi masa keçirilib.
Kafedra müdiri dos. Sevinc Abbasova Azərbaycanın ev sahibliyi ilə keçirilmiş COP29-da əldə edilən tarixi uğurun həm regional, həm də qlobal iqtisadi əhəmiyyətindən danışıb.
Diskussiya formatında keçirilən tədbirdə COP29-un nəticələrinin ekoloji, sosial və digər istiqamətləri ilə iqtisadi aspektlərinin qarşılıqlı təsirləri müzakirə edilib.