A

UNEC-in Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının “ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi” mövzusunda onlayn təlimlər öz işinə başlayıb.

Beynəlxalq ekspertlər tərəfindən UNEC-in bütün struktur bölmələrində təşkil olunan təlimdə “ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi” standartının tətbiq edilməsi məqsədilə 30 nəfər əməkdaş cəlb olunub.

Təlimlərin əsas məqsədi ISO 9001:2015 standartının əsas prinsiplərini və tələblərini izah etmək, İdarəetmə Sistemləri və sistem haqqında ümumi məlumat, daxili audit prosesinin planlaşdırılması və icrası ilə bağlı bilik və bacarıqları artırmaqdır.

Qeyd edək ki, təlim 13 dekabra kimi davam edəcək.

TOP XƏBƏRLƏR