UNEC-in Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə 11-13 dekabr 2024-cü il tarixlərində Beynəlxalq Standartlaşdırma Təşkilatının “ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi” mövzusunda keçirilən onlayn təlimlər uğurla başa çatıb.
Təlimlər beynəlxalq təcrübəyə əsaslanaraq, UNEC-in idarəetmə strukturunun keyfiyyət mədəniyyətinin artırılmasına və universitetin beynəlxalq akkreditasiyaya hazırlıq prosesinin vacib bir hissəsi olaraq təşkil olunub.
Təlimlər çərçivəsində universitetin strateji hədəflərinə uyğun olaraq, beynəlxalq reytinq indekslərinə hazırlıq istiqamətində zəruri bilik və bacarıqlar qazandırılıb.
Bu təlimlər həmçinin UNEC-in dünya miqyasında lider universitet olaraq öz mövqeyini möhkəmləndirməyə və ali təhsilin keyfiyyətini yüksəltməyə təkan verəcəkdir.