A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnklüziv Təhsil Mərkəzi tərəfindən 10-13 fevral tarixlərində 4 gün davam edən “Müasir İnklüziv Təhsil Metodologiyası” mövzusunda təlim keçirilib.

Təlimin məqsədi, inklüziv təhsil sahəsində müəllimlərin xüsusi ehtiyacı olan tələbələrlə işləmək bacarıqlarını artırmaq, müəllimlərin inklüziv təhsil konsepsiyası və hüquqi əsaslarını mənimsənilməsi, inklüziv təhsil haqqında məlumatları genişləndirmək, həmçinin xüsusi təhsilə ehtiyacı olan tələbələrlə işləmək üçün effektiv pedaqoji metodların istifadəsini və hər bir tələbənin fərdi öyrənmə ehtiyaclarına uyğun metod və yanaşmalar təqdim etməkdir.

Təlimdə UNEC İnklüziv təhsil mərkəzinin direktoru, inklüziv təhsil üzrə mütəxəssis Sevinc Məhsimova, Nİ Akademiyasının təsisçisi, pedaqoq təlimçi Nilüfər Mehdiyeva, Psixo-Sən psixoloji dəstək platfomasının təsisçisi, təlimçi Murad Mirzəyev iştirakçılara "İnklüziv cəmiyyət, qəbul etmə və irad psixologiyası", "İnklüziv təhsilin anlayışı və mahiyyəti", "Həyat fəaliyyətinin kateqoriyaları və əlilliyin təsnifatı", "Əlilliyin yaranma səbəbləri və psixoloji xüsusiyyətləri" kimi mövzuları  geniş şəkildə izah ediblər.

Növbəti gün isə təlimçilər "Uşaq İnkişaf mərhələrinin xüsusiyyətləri", "İnklüziv tədris prosesində istifadə olunan texnologiyalar", "Gənclərin inkişafında yaranan psixoloji problemlər", "Tələbə psixologiyası" mövzularında təlimlər keçiblər. Müəllimlərə gənclərin psixoloji inkişafı və inklüziv tədrisin xüsusiyyətləri barədə ətraflı məlumat veriblər.

Təlimin sonuncu günü "Müəllim-tələbə münasibətlərdə yaranan problemlər və onların həll yolları", "Tələbələrin davranış pozuntuları, səbəblər və təhsilə təsiri" mövzuları ətrafında müzakirələr aparılıb.

Sonda keçirilən sual-cavab sessiyasında müəllimlər, təlim zamanı qarşılaşdıqları sualları mütəxəssislərə təqdim edərək, daha ətraflı izahlar alıblar.

TOP XƏBƏRLƏR