A

UNEC Biznes Məktəbi və “Biznesin idarə edilməsi” kafedrasın birgə təşkilatçılığı ilə UNEC-in 95 illiyi çərçivəsində professor-müəllim heyəti üçün “Elmi məqalələrin beynəlxalq jurnalların tələblərinə uyğun tərtibatı və nəşr prosesin idarə edilməsi" mövzusunda təlim keçirilib.

Təlim UNEC Xanım Tətdqiqatçılar Şurasının rəhbəri, “Biznesin idarə edilməsi” kafedrasının müəllim i.f.d. Nərgiz Hacıyevanın tərəfindən keçirilib.

Tədbirdə beynəlxalq jurnallarda çap prosesi, tərtibat və göndərilmə şərtlərinin öyrənilməsi kimi mövzular haqqında ətraflı məlumat verilib.

Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay