A

27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xarici Dillər Departamentinin nəzdində fəaliyyət göstərən Tərcümə Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

Dəyirmi masada Vətən müharibəsində şəhidlərin göstərdikləri misilsiz qəhrəmanlıq nümunələri, Azərbaycanın qazandığı şanlı qələbə və bu tarixi zəfərin ölkəmizin gələcəyi üçün strateji əhəmiyyəti geniş müzakirə olunub. Tərcümə Mərkəzinin əməkdaşları müxtəlif dillərdə hazırladıqları mətn və materiallarla çıxış edərək həm tarixi həqiqətlərin, həm də vətənpərvərlik ruhunun dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıblar.

Tədbir şəhidlərimizin ruhuna hörmətin ifadəsi olmaqla yanaşı, gənc nəsildə milli həmrəylik, vətən sevgisi və tarixə bağlılıq hisslərinin gücləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyıb.

TOP XƏBƏRLƏR