UNEC-in Doktorantura şöbəsi və “Humanitar fənlər” kafedrasının birgə təşkilatçılığı ilə Dövlət Proqramı çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində doktorantura təhsili alan Əliyeva Nərmin “Dünya vətəndaşına çevrilmək üçün necə addım atılmalıdır?” mövzusunda onlayn mühazirəsi keçib.
Mühazirədə UNEC-in Doktorantura şöbəsinin əməkdaşları və kafedranın professor-müəllim heyəti iştirak edib.
Doktorantura şöbəsinin müdiri, dos. İlqar Seyfullayev bildirib ki, UNEC-in razılıq məktubu əsasında “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili almaq hüququ qazanan iddiaçılar Elm və Təhsil Nazirliyi və UNEC arasında bağlanmış üçtərəfli müqaviləyə əsasən təhsil müddəti ərzində ildə bir dəfə video bağlantı vasitəsilə mühazirə təqdim etməlidirlər. Doktorantın tədqiqat mövzusu “Humanitar fənlər” kafedrasının elmi istiqamətlərinə uyğun olduğu üçün onlayn mühazirə birgə təşkil edilib.
Sonda iddiaçı iştirakçıların suallarını cavablandırıb.