A

UNEC-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasında “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” mövzusunda elmi seminar keçirilib.

Kafedra müdiri, professor Ümidvar Əliyev mühüm sənədin hədəf indikatorları, strateji məqsəd və hədəflərindən söz açaraq bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Sənəd Azərbaycanın qlobal dəyər zəncirlərinə qoşulmasına təkan verəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndiriləcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.

Professorlar Qabil Manafov,Telman Ba­bayev, iqtisad elmləri namizədi, dosent Qəzənfər Əlləzov və digər çıxışçılar Strateji Yol Xəritəsinin yaxın, orta və uzunmüddətli dövrdə milli iqtisadi inkişafın əsas konturlarını dəqiq və konkret müəyyən etdiyini bildiriblər. Milli iqtisadiyyatımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi inkişaf yolunun hərtərəfli təhlilinə, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumu və digər nüfuzlu beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatına dair hesabat məlumatları və proqnozlarına əsaslanan mühüm sənəd faktiki olaraq dövlətimizin başçısının uzaqgörənliklə hazırlanan yeni iqtisadi konsepsiyasının mahiyyətini, məzmununu və missiyasını təqdim edir.

Seminar müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay