A

UNEC-in Elm şöbəsində tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi və dərsliklərin hazırlanmasına dair seminar keçirilib.

Professor-müəllim heyətinin iştirak etdiyi seminarda Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov bildirib ki, elmin vəziyyətinin ən önəmli göstəricilərindən biri keyfiyyətli elmi nəşrlərdir. Qarşımızda duran əsas məqsəd dərslik çapı deyil, bilik istehsal etməkdir. Bunun üçün təcrübəli müəllimlərin birgə səyləri ilə proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması işinə kafedralarda xüsusi diqqət yetirilməli və önəm verilməlidir. Təəssüf ki, bəzi hallarda bu işə kifayət qədər tələbkarlıqla yanaşılmır. Bəzən dərsliklər yazan müəllifləri fənnin tədrisi metodikası, keyfiyyəti yox, sadəcə olaraq, nəşrlərinin sayı maraqlandırır.

Professor, UNEC-in ali təhsil pilləsinin bütün səviyyələrinin və orta ixtisas təhsilinin hər bir ixtisasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən, təhsil proqramlarında göstərilən fənlər üzrə proqram və dərsliklərə qrif verilməsinin nazirlik tərəfindən həyata keçirildiyini vurğulayıb. Tədris vəsaitlərinə qrif verilməsi qaydalarıni seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminarda tədris vəsaitləri və dərsliklərin hazırlanması ilə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay