A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin (RİM) müəllim heyəti Əl-Fərabi adına Qazax Milli Universitetinin İqtisadiyyat və Biznes Ali Məktəbi tərəfindən təşkil olunan beynəlxalq qış məktəbində iştirak edir.

16-27 fevral tarixlərini əhatə edən proqram “Süni intellektin və müasir təhsil texnologiyalarının praktik tətbiqi” mövzusuna həsr olunub. Ümumilikdə 72 saatlıq tədris yükünü əhatə edən treninqlər müasir dövrün ən aktual rəqəmsal çağırışlarına yönəlib.

Treninq çərçivəsində süni intellekt texnologiyalarının müasir təhsil sisteminə inteqrasiyası və tədris prosesində generativ neyron şəbəkələrinin tətbiqi ilə bağlı müzakirələr aparılacaq. Eyni zamanda, dövlət idarəçiliyində süni intellektin rolu, rəqəmsallaşma kontekstində müəllimin dəyişən funksiyası, eləcə də təhsil nəticələrinin qiymətləndirilməsi və monitorinqinin avtomatlaşdırılması məsələlərinə toxunulacaq.

Bununla yanaşı, makroiqtisadi proqnozlaşdırmada süni intellektdən istifadə, bölmələr səviyyəsində elmi tədqiqatların idarə edilməsi üçün neyron şəbəkə alətlərinin tətbiqi, həmçinin təhsildə süni intellektdən istifadənin etik və hüquqi aspektləri də müzakirə mövzuları sırasında yer alır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay