A

UNEC-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan II respublika elmi-praktiki konfransı keçirilib.

Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilən konfrans “Respublikada qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda olub.

UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən danışıb. Ölkə iqtisadiyyatında sənaye sektorunun, o cümlədən qida və tekstil sənayesinin inkişafının təmin olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Konfransın plenar iclasında AMEA-nın müxbir üzvü, Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Pənah Muradov, MKT İstehsalat Kommersiya MMC-nin direktoru Əli Əsədov, Azərbaycan Texniki Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri, dosent Zəfər Cəfərov və Bakı Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” kafedrasının müdiri, professor Vaqif Salmanov ölkədə qeyri-neft sektorunun inkişaf perspektivlərindən bəhs ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında qida və tekstil sənayesinin aktual məsələləri müzakirə olunub, texnoloji proseslərin müasir idarəetmə üsulları və təhlükəsizlik problemlərinə toxunulub.

TOP XƏBƏRLƏR