A

Qaradağ rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və “Kainat” tədris mərkəzinin birgə təşkilatçılığı ilə “Peşə, ixtisas seçimi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransa Qaradağ rayonu Lökbatan qəsəbəsinin beş orta ümumtəhsil məktəbinin 9 və 11-ci sinifində təhsil alan 400-ə yaxın şagird qatılıb. Konfransda UNEC-in rektorunun köməkçisi Ramil Cabbarovla yanaşı, digər dövlət və özəl ali təhsil müəssisələrinin nümayəndələri də iştirak edib.

R.Cabbarov abituriyentlərə regionun ən böyük iqtisadyönümlü və 4 dildə təhsil verən yeganə təhsil ocağı olan UNEC barədə ətraflı məlumat verib. UNEC-in müasir tədris mühiti, xüsusi təqaüd imkanları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, Elektron Universitet Modeli, 7 gün 24 saat xidmət göstərəcək  kitabxana, karyera imkanları və digər yeniliklərdən danışıb. Abituriyentlərin sevimli layihəsi olan “UNEC-də bir gün” barədə məlumat verən R.Cabbarov məktəbliləri bu layihəyə qoşulmağa dəvət edib.

Sonra abituriyentlər konfransda təmsil olunan universitetlərin stendlərinə baxış keçiriblər. UNEC-in stendi abituriyentlərin xüsusi marağına səbəb olub. Abituriyentlərin sualları cavablandırıldıqdan sonra onlar “UNEC-də bir gün” layihəsində qatılmaq istədiklərini bildiriblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay