A

UNEC-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Müasir gənclərdə milli mənəvi irsin aşılanması, Heydər Əliyev fenomeni, İlham Əliyev nümunəsi” mövzusunda I tələbə elmi-praktiki konfrans keçirilib.

“Xarici dillər” kafedrasının təşkilatçılığı ilə keçirilən konfrans ingilis, fransız və alman dillərində olub. “Xarici dillər” kafedrasının müdiri, professor Afət Abbasova ulu öndərin adının Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Təşkilat komitəsinin sədr müavini, baş müəllim Aysel Xəlilova ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağından və onun gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərməsindən bəhs edib, bu fəaliyyətin cənab prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Tələbələrin məruzələri dinlənildikdən sonra Maliyyə və mühasibat fakultəsinin dekanı, dosent Gəray Musayev, İqtisadiyyat fakultəsinin dekanı, dosent Asiman Quliyev və Azərbaycan Dillər Universitetinin professoru Məsmə Qaziyeva çıxışlar barədə öz fikirlərini səsləndiriblər. Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay